Madonna ona “zibil” kimi yanaşan  keçmiş sevgilisini biabır etdi
08 aprel 2024 16:44 (UTC +04:00)

Madonna ona “zibil” kimi yanaşan keçmiş sevgilisini biabır etdi

Dünya şöhrətli müğənni Madonna keçmiş sevgililərindən birini  rüsvay edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  Atlantada konsert turu zamanı Madonna etiraf etdi ki, 1994-cü ildə çıxardığı "Bedtime Stories" albomunun çəkilişi zamanı musiqi prodüseri onu valeh edib. 

65 yaşlı pop kraliçası səhnədə "Mən ona dəlicəsinə aşiq idim və o, mənimlə pis rəftar etdi. Sən kişi yox, sadəcə balaca oğlan idin. Amma ümid edirəm ki, artıq böyümüsən. Səni ictimaiyyət qarşısında biabır edəcəm. Mənimlə zibil kimi rəftar edən həmin adamın adı Dallas Ostindir”,- deyə o bildirib.

“Bedtime Stories” filminin çəkildiyi vaxt Madonnanın 35, Qremmi mükafatı laureatı Ostinin isə 23 yaşı var idi. 

# 2568
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar