Uşaq “Avroviziya”sının qalibi bəlli olacaq
26 noyabr 2017 07:29 (UTC +04:00)

Uşaq “Avroviziya”sının qalibi bəlli olacaq

Bu gün Tbilisi İdman Sarayında “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” keçiriləcək. APA-nın xəbərinə görə, sayca 15-ci beynəlxalq mahnı müsabiqəsi Gürcüstanda ilk dəfə keçiriləcək. Müsabiqə “Parlaq işıqlan” sloqanı ilə keçirilir.   

 

Qeyd edək ki, 2016-cı ildə Uşaq “Avroviziya”sının qalibi “Günəş mahnısı ilə Gürcüstandan 10 yaşlı Məryəm Mamadaşvili olub.  

 

Gürcüstan 3 dəfə Uşaq “Avroviziya”sının qalibi olub. Bu dəfə bu ölkəni səhnədə “Qəlbin səsi” mahnısı ilə 12 yaşı Qriqol Kipşidze təmsil edəcək. 

# 386
avatar

Oxşar yazılar