Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti
20 noyabr 2017 11:26 (UTC +04:00)

Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti

 

 

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının  və Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində III Muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin konserti keçiriləcək.

 

Konsertdə Səbinə Ərəbli “Şur” təsnifini, ”Kəsmə şikəstə”, ”Qəlbimin səsi”(Pikə Axundova, ”Dünya” (Oktay Kazımi),”Süzən qızlar”(C.Cahangirov),”El yolunda(Ələkbər Tagiyev), ”Səni sevən baxışlar”(Ramiz Mirisli) adlı mahnıları səsləndirəcək.

 

Gecədə xanəndəni  Ələkbər Ələkbərovun rəhbərliyi ilə “Uğur” ansamblı müşayiət edəcək.

 

Biletləri şəhərimizin kassalarından, ”Asan xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

 

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi Lent.az-dır. 

# 512
avatar

Oxşar yazılar