Hüseyn Cavidin 135 illik yubileyi keçiriləcək - <span style="color:red;">SƏRƏNCAM
24 oktyabr 2017 18:30 (UTC +04:00)

Hüseyn Cavidin 135 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

 

Prezident İlham Əliyev Hüseyn Cavidin 135 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

 

Sərəncamdan irəli gələn məsələləri həll etməsi Nazirlər Kabinetinə tapşırılıb.

# 281
avatar

Oxşar yazılar