Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"
25 sentyabr 2017 09:49 (UTC +04:00)

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

 

 

Sentyabrın 23-də Heydər Əliyev Sarayında yeni bir layihə “Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub.

 

İlk dəfə keçirilən layihədə Respublikanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

 

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə, "Şuşanın səsi" instrumental ansamblı müşayiət edib.

 

Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev və Nadir Qafarzadə çıxış ediblər.

 

Konsertin İnformasiya dəstəyi Lent.az idi. 

# 332
avatar

Oxşar yazılar