Bakının mərkəzində gənclər arasında <span style="color:red;">KÜTLƏVİ DAVA
23 fevral 2016 16:57 (UTC +04:00)

Bakının mərkəzində gənclər arasında KÜTLƏVİ DAVA

Bakının mərkəzində "Tarqovıy" adı ilə tanınan küçədə kütləvi dava olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən gecə saatlarında Nizami küçəsi 43 ünvanının qarşısında bir qrup gənc arasında insident olub. Dava-dalaşı Çevik Polis Alayının ərazidə xidmət aparan əməkdaşları dayandırıb. Xəsarət alan Türkiyə vətəndaşı, 1983-cü il təvəllüdlü Gökhan Gököz Tarık və Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Mustafayev Rafael Ramiz oğluna tibbi yardım göstərilib.

 

İlkin araşdırma nəticəsində adları yuxarıda qeyd edilən şəxslərlə yanaşı, Türkiyə vətəndaşı, 1991-ci il təvəllüdlü Yunis Emre Tekellek və 1992-ci ildə anadan olmuş Dökgöz Ahmet Gülbak oğlunun da davada iştirak etdiyi məlum olub.

 

Hadisənin iştirakçısı olmuş digər şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Kütləvi davanın hansı səbəbdən baş verdiyi araşdırılır. 

# 392
avatar

Nizam Rza

Oxşar yazılar