Bakıda "XXX" soyadlı keçmiş neftçini müəmmalı şəraitdə öldürdülər - YENİLƏNİB
15 fevral 2016 11:52 (UTC +04:00)

Bakıda "XXX" soyadlı keçmiş neftçini müəmmalı şəraitdə öldürdülər - YENİLƏNİB

Dünən Sabunçu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, 76 yaşlı Həmid Məmmədrəsul oğlu  Maştağa qəsəbəsi yaxınlığındakı Albalılıq bağ massivindəki evində öldürülüb. Bildirilir ki, naməlum şəxs və ya şəxslər 76 yaşlı kişini sifət nahiyəsindən güclü zərbə endirərək öldürüblər.

 

Bildirilir ki, H.Məmmədrəsul oğlu keçmiş neftçidir və şəhərdə yaşayır. O, arabir bağ evinə gedirmiş və məlum qətl də həmin vaxta təsadüf edib.

 

Maraqlıdır ki, təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

 

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarıç tədbirləri davam etdirilir.

 

*****

 

11:22

 

Azərbaycan paytaxtında qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.

 

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istinqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

# 534
avatar

Nizam Rza

Oxşar yazılar