Məşhur ifaçı sınaqdan necə çıxdı?
19 dekabr 2013 14:01 (UTC +04:00)

Məşhur ifaçı sınaqdan necə çıxdı?

Dünən Heydər Əliyev Sarayında xanəndə Bəyimxanım Vəliyevanın ilk solo konserti olub. Lent.az-ın məlumatına görə, iki saat davam edən konsertdə müğənni canlı oxuyub. “Yollara yağış yağır” adlı solo konsertdə Bəyimxanım xalq və bəstəkar mahnıları ifa edib.

Gecəyə bir çox ziyalılar  qatılıb. Onların arasında Prezident  Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Metropolitenin rəisi Tağı Əhmədov, Milli Məclisin üzvü Novruz Aslan, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ziyalılar da olub.  Gecədə həmçinin Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit Nəbizadə, Zamiq Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət xadimləri Tahir Əkbər, Nailə Mirməmmədli, xanəndələr Qəzənfər Abbasov, Almaz Orucova, Bahar Lətifqızı, əməkdar artistlər Firuzə İbadov, Gülyaz və Gülyanaq bacıları, aktyor Fuad Poladov, aparıcılar Zaur Kamal, Anar və digər qonaqlar da qatılıblar.

Konsertdən sonra Bəyimxanım öz fikirlərini Lent.az-la bölüşüb: “Çox həyəcanlı idim. Məni ən çox narahat edən saraydakı yerlərin boş qalması idi. Qorxurdum ki, birdən tamaşaçı az olar və mən çıxış etməyə utanaram. Amma səhnəyə çıxandan sonra gördüm ki, hər şey yaxşıdır. Bu konsertdə çoxdan hazırlaşırdım.  İlk konsert mənim üçün həm də bir sınaq idi. Ümid varam ki, tamaşaçılar bəyəndi. Çox şükür bundan da alnıaçıq çıxdım. Təbii ki göydə Allah yerdə də yaxşı insanların sayəsində. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.

 

Foto: Rüstəm Fərman

 

# 2369
avatar

Türkan Məmmədli

Oxşar yazılar