Zəlzələdən dağılan yollarda yarğanlar YARANDI, maşınları UDDU  - VİDEO
07 fevral 2023 10:27 (UTC +04:00)

Zəlzələdən dağılan yollarda yarğanlar YARANDI, maşınları UDDU - VİDEO

Mərkəzləri Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə 10 vilayətdə baş verən zəlzələlər Qaziantep-Adana yolunu tamamilə uçurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdə açılan çuxurlar nəhəng qayalar əmələ gətirib.

Bölgədən çəkilən videolarda magistralın çökməsindən sonra yolda olan nəqliyyat vasitələrini udduğu və nəhəng qayalıqların əmələ gəldiyi görünür.

Şübhəsiz ki, bir-birinin ardınca baş verən iki zəlzələdən ən çox zərər çəkən yerlərdən biri də Qaziantep-Adana magistral yolu olub. Bölgədən çəkilən videolarda yeraltı təkanların təsiri ilə yolun dağıldığı və əmələ gələn çatların yoldakı bir çox avtomobili udduğu anlar yaşanıb.

Digər tərəfdən çökən Qaziantep-Adana yolunda nəhəng qayalıqların olduğu və bağlı yol səbəbindən vətəndaşların alternativ yollarla nəqliyyat təmin etdiyi görüntülərdə də əks olunub.

# 3117
avatar

Fidan İlqar

Oxşar yazılar