Respublika Seysmoloji Xidmət Mərkəzi Zaqatalada baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində qeydə alınıb.
Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 5.8, dərinliyi 23 km olub.
***
Saat: 11:15
Zaqatalada zəlzələ olub.
Lent.az-ın məlumatına görə, yeraltı təkanlar bir neçə saniyə çəkib və rayonun əksər kəndlərində hiss edilib.
Zəlzələ anının görüntülərini təqdim edirik: