İran Premyer Liqasında yan xəttdən topu qeyri-adi oyuna daxil edən futbolçu tarixi qola imza atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, oyunçu Nadir Məhəmmədi “salto” edərək topu cərimə meydançasına atıb. Nəticədə heç kimin gözləmədiyi halda qol olub.
Qeyd olunur ki, Məhəmmədi təhlükəli uzun atışları ilə tanınır. O, topu dirək kimi istifadə edərək, rəqibin cərimə meydançasına atmazdan əvvəl “salto” fəndi yerinə yetirir.