Cənubi Afrikada təbiətsevər və fotoqraf Piter Martin iki böyük cütləşmə rəqsinin şahidi olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi Cənubi Afrikadakı Langvlei gölü boyunca Vilderness Milli Parkını gəzib.
Ziyarət edərkən quşların cütləşmə rəqsi oynadığına şahid olub. Əvvəlcə qanadlarını qaldırıblar, təpələrini şişirdib və mükəmməl ahənglə başlarını hərəkət etdirməyə başlayıblar. Heyvanların sürətlə bir-birinə tərəf yaxınlaşması inanılmaz mənzərə idi.
“Bu sehrli an idi və onu kameraya çəkmək böyük bir şans verdi mənə. Nə xoşdur!” - Martin hisslərini bölüşüb.
Həmin görüntüləri təqdim edirik: