8 Martda Kiyevdəki Dövlət Telekommunikasiya Universitetində qadın tualetinin təntənəli açılışı olub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, maraqla keçirilən mərasimdən video sosial şəbəkələrdə yayılıb və fəal şəkildə müzakirə olunub.
Videoda, yeni tualetin qapısı fonunda danışan universitet rəhbərliyinin nümayəndəsi görünür. O, şeir söyləyir və təntənəli şəkildə qırmızı lenti kəsir.
Onun sözlərinə görə, tualet universitet rektorunun göstərişi ilə təmir edilib və qadınlar otağın rəng sxemi və onun bəzədilməsi seçimi ilə məşğul olublar.
Açılışdan sonra hamı şampan içməyə dəvət edilib.
Daha sonra, Kiyev Universitetində tualetin bu qədər iddialı bir şəkildə açılması üçün özlərinə haqq qazandırıblar və Beynəlxalq Qadınlar Günü ərəfəsində yaranan gülməli bir vəziyyəti şərh ediblər.
“Burada cinayətkar bir şey yoxdur. Sanitariya və gigiyenik standartları yaxşılaşdırırıq və burada səhv olan bir şey yoxdur”, - universitetin kommunikasiya üzrə rektorun köməkçisi Olqa Somko deyib.
Yeni tualetdən universitet tələbələrininistifadə ediləcəyini və onların təhsil almaq şərtlərini yaxşılaşdıracağını bildirib.