Ukraynada “Turan” batalyonu yaradıldı -  VİDEO
25 noyabr 2022 11:44 (UTC +04:00)

Ukraynada “Turan” batalyonu yaradıldı - VİDEO

Ukraynada türkdilli vətəndaşların Rusiyaya qarşı döyüşməyə cəlb olunduğu yeni “Turan” milli batalyonu yaranıb. Batalyona əslən qırğızıstanlı Kudaibek uulu Almaz rəhbərlik edir. O kimdir?

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir neçə ildir Kiyevdə yaşayan qazax müxalifətçisi Aydos Sadıkov ilk dəfə olaraq millətçi “Turan” batalyonundan danışıb. Bölmədə 33 yaşlı Kudaibek uulu Almazın komandiri olduğu azərbaycanlı, qırğız, uyğur və qazaxlar var. “Turan”ın 350 silahlıdan ibarət olduğu bildirilir.

Batalyon komandiri artıq Rusiya hakimiyyətinə qarşı hədə-qorxu ilə videomüraciət yazıb və guya türkdilli xalqların soyqırımının baş verdiyini bildirib. Kudaibek uulu Almaz Rusiyanı həm xaricdən, həm də daxildən məhv edəcəyinə söz verir. Yaxınlıqda maskalı bir neçə yaraqlı poza verir.

Orta Asiyanın yerli sakinləri uzun müddətdir Ukrayna Silahlı Qüvvələrinin və milli batalyonların sıralarında Ukraynaya cəlb olunublar. Rusiya hərbçilərinə qarşı terror aktları və digər aksiyalar həyata keçirirlər.

Məsələn, 11 nəfərin ölümü ilə nəticələnən Belqorod vilayətində hərbi poliqonda baş verən atışmanın məsuliyyətini radikal millətçi “Atəş” təşkilatı öz üzərinə götürüb. Qrupun kanalında “Atəş” üzvlərinin Rusiya ordusunu içəridən məhv etmək üçün guya səfərbər olduqları barədə videomüraciət yayılıb.

Videoda “Turan” yaraqlıları ovuclarında Türkiyənin ifrat sağçı “Bozkurt” hərəkatının simvolu olan qurd başını nümayiş etdirirlər.

Ola bilsin ki, onlar türkdilli ölkələrin icmasını “Turan” adlandıran türk radikallarının dəstəyinə ümid edirlər. Krım tatar batalyonunun onurğa sütununu təşkil edən türk muzdluları ötən ilin sonundan Krımla sərhəddə görünməyə başlayıb. Sayı 500 nəfərdən çox olan muzdluların rəhbəri Noman Çelebicixandır.

Kudaibek uulu Almaz kimdir?

Almaz 1989-cu ilin avqustunda anadan olub və uzun müddət Bişkekdə yaşayıb, bərbərlik peşəsinə yiyələnib. Bir müddət Rusiyada öz ixtisası üzrə işləməklə yanaşı, fəhləlik edib.

Qırğızıstan rəsmiləri həmçinin 2021-ci ilin dekabrında Kudaibek uulu Almazın əmək miqrantı kimi Ukraynaya getdiyini və bərbər kimi işə düzəldiyini bildirir. Sonradan ailəsini də aparmaq istəyib, lakin xüsusi hərbi əməliyyat başlayıb. O,  yeni vətəninə xidmət etmək qərarına gəlib və demək olar ki, əvvəldən Ukrayna Silahlı Qüvvələrinə könüllü qoşulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191
avatar

Oxşar yazılar