Türkiyədə yanğınları kimin törətdiyi məlum oldu -VİDEO
30 iyul 2021 12:29 (UTC +04:00)

Türkiyədə yanğınları kimin törətdiyi məlum oldu -VİDEO

Türkiyədə baş verən yanğınlar hələ də davam edir. Yanğınlar əvvəlcə Antalyada başlasa da, daha sonra 7 ayrı əyalətə də yayılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğınların miqyası və bir-birindən əlaqəsiz əyalətlərdə baş verməsi onu qəsdən törədilməsi şübhələrini günü-gündən artırır.

Yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr davam edir. Bu müzakirələrdən biri də yanğının PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimalıdır.

Nazir Bəkir Pakdəmirlinin yanğınlarla bağlı açıqlamasında bunun təxribat ola biləcəyi ehtimalını da istisna edilməyib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Həmin görüntüləri sizə təqdim edirik.

Sevinc Fərid

# 17577
avatar

Oxşar yazılar