Bakıda Torqovı adlanan ərazidəki məşhur meymuna ilkin tibbi yardım göstərilib.
Lent.az xəbər verir ki, ötən gecə “Tomy” adlı meymunun Fəvvarələr meydanı ərazisində sakinlərdən birinin ehtiyyatsız davranması nəticəsində qolu sınıb.
Meymunun sahibi onu dərhal Kliniki Tibbi Mərkəzə çatdırıb.
Həkimlər ona dərhal ilkin tibbi yardım göstərib.
Daha sonra o baytarın yanına göndərilib.
Nurlan Əli