"Muğam-2011" müsabiqəsinin qalibi Səbinə Ərəbli müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgimin efirdə mahnı oxumasını tənqid edib. Lent.az-ın məlumatına görə, muğam ifaçısı "Həmin Zaur" verilişində bu sözləri vurğulayıb:
"Yazmışdım ki, yaxşı görünmür. Onu bir az öyrədib, sonra efirə çıxartmalı idilər. Ola bilər uşağın yaxşı səsi var. Amma bir xanəndə kimi görünüş xoşuma gəlmir. Ağzını çox açıb. Onu müəllim yanına aparıb bir az öyrətmək lazımdır".