Qar uçqununun altında qalan təcili yardım maşını
17 fevral 2021 16:29 (UTC +04:00)

Qar uçqununun altında qalan təcili yardım maşını

Təcili yardım maşını qar uçqununun altında qaldı - VİDEO

Saxalində təcili yardım maşını qar uçqununun altında qalıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, hadisə Uqleqor rayonunun Boşnyakovo kəndində qeydə alınıb. 

Maşını qarın altından ekskavatorun köməyi ilə çıxartmaq mümkün olub. 

Tibb işçiləri bu maşın ilə qarda qalmış başqa bir briqadanı əvəz etmək üçün gedirmiş. Qar uçqunu iki ekipajın qarşılaşdığı yerdə baş verib. 

Sürücü və tibb işçiləri uçqun başlamazdan əvvəl həmkarlarını salamlamaq üçün avtomobildən ayrılıb. Heç kim xəsarət almayıb. Maşın bir az cızılıb.
 

# 4275
avatar

Oxşar yazılar