İranda etiraz aksiyalarında həbs edilənlər günü-gündən artır.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə təbrizli şairə həbs olunub.
Güney Azərbaycandan olan Vahidə Xanpuru, həmçinin xalçaçılıq məktəbinin tələbəsidir.
Təhlükəsizlik qüvvələrinin həbs etdiyi şairə son etiraz aksiyaları zamanı bir neçə dəfə onlar tərəfindən telefonla təhdid edilmişdi.