Tarixin ən böyük "yarmaz dalğası"  - VİDEO
14 dekabr 2023 16:58 (UTC +04:00)

Tarixin ən böyük "yarmaz dalğası" - VİDEO

Alimlər bütün müşahidə dövrü üçün rəsmi olaraq ən ekstremal hesab edilən Sakit Okeanda nəhəng dalğadan danışıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ilin noyabrında qəfildən hündürlüyü 4 mərtəbəli bina ilə müqayisə olunan nəhəng "Ucluelet" dalğası yaranıb. O, Britaniya Kolumbiyası sahillərində şamandıranı 17,6 metr hündürlüyə qalxarkən qeydə alınıb. İllər sonra ekspertlər başa düşüblər ki, bu, qeydə alınmış ən böyük və ən ifrat yaramaz dalğadır.

"Ucluelet" dalğasında "atılan" bu şamandıra onlarla başqa tədqiqat sensoru ilə birlikdə Sakit Okeanda quraşdırılıb. Onlar suyun altında gizlənən təhlükələri daha yaxşı başa düşmək üçün suya yerləşdiriliblər. "Rogue" dalğaları mütəxəssislər üçün ciddi narahatlıq yaradır. Sahildən uzaqda görünsələr belə, dəniz əməliyyatları, külək stansiyaları və neft buruqlarının məhvinə səbəb ola bilərlər.

Bu dalğalar o qədər böyükdür ki, çimərliyə gedənləri də təhdid edir. Nəhəng yaramaz dalğaların gələcəkdə, xüsusən də Sakit okeanın şimalında daha tez-tez baş verəcəyinə dair bir nəzəriyyə var. Bu, iqlim dəyişikliyi ilə izah olunur.

Maraqlıdır ki, minilliklər boyu nəhəng yaramaz dalğaların mövcudluğu şübhə altına alınmış və mif hesab edilib. 1995-ci ildə, guya folklorun bir hissəsi canlanaraq real xarakter aldıqda hər şey dəyişib.

Sonra elm adamları Norveç sahillərindən təxminən 160 kilometr aralıda neft platforması ilə toqquşan təxminən 26 metr hündürlüyündə dalğanın fərqinə varıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4314
avatar

Fidan İlqar

Oxşar yazılar