Rusiyanın paytaxtı Moskvada bir taksi sürücüsü sevgililər günündə qıza evlilik təklifi etmək üçün 30 avtomobildən ürək düzəldib.
Lent.az yerli mediaya istinadla bildirir ki, kişi 30 maşın sürərək onlardan nəhəng sarı ürək düzəldib. Bu yolla qızdan onunla evlənməsini istəyib. Məlumata əsasən, qız onun təklifi ilə razılaşıb.
Kadrlardan görünür ki, qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda kornalara basıblar.