Şuşada parad, 9 may 2021-ci il
09 may 2021 13:26 (UTC +04:00)

Şuşada parad, 9 may 2021-ci il

Şuşada Qələbənin 76-cı ildönümü belə qeyd olundu-FOTOLENT-VİDEO

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli  tədbir keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Şuşada Böyük Vətən müharibəsində Qələbənin ildönümü

# 5979
avatar

Oxşar yazılar