Silahlı basqın edib 300 milyonu oğurladılar - HADİSƏ ANI
18 noyabr 2023 11:07 (UTC +04:00)

Silahlı basqın edib 300 milyonu oğurladılar - HADİSƏ ANI

Moskva prokurorluğu şəhərin mərkəzində kişilərin 300 milyon rublunun (təxminən 5 milyon 730 min manat) qarət edildiyi anın videosunu dərc edib. Görüntülər idarənin rəsmi Telegram kanalında yayılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, prokurorluğun ilkin məlumatına görə, naməlum şəxslər avtomobillə həmin şəxslərin yanına gələrək, onlar istiqamətində bir neçə dəfə atəş açıb, pul kisələrini oğurlayaraq hadisə yerindən qaçıblar.

Qeyd olunur ki, oğurluq cümə günü saat 19.30-da Presnenski Valda baş verib. Bir neçə kişi “Chevrolet” markalı avtomobillə bank binasına yaxınlaşıb. Onlar avtomobildən düşəndən sonra yaxınlıqdakı “Mercedes” sürətini azaldıb. İki naməlum şəxs avtomobildən düşərək zərərçəkənlərə atəş açıb.

Bundan sonra pulu götürərək ərazidən qaçıblar.

Məlumata görə, cinayətkarların hədəfi Rusiya Maliyyə Bankının kollektorları olub. Digər məlumata görə, pullar Rusiyanın cənubundan olan şəxslərə məxsus olub və onlar əvvəlcə oğurlanan pulun məbləğini açıqlamaqdan imtina edərək, baş verənlərlə bağlı açıqlama yazmayacaqlarını bildiriblər. Buna baxmayaraq, Moskva Mərkəzi İnzibati Dairəsinin Prokurorluğu quldurluq faktı üzrə cinayət işinin başlanması və cinayətkarların məsuliyyətə cəlb edilməsi barədə qərara nəzarət etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4413
avatar

Oxşar yazılar