Səfərbər olunaraq Ukraynada döyüşməyə göndərilən Rusiya hərbçiləri təslim olmağa başlayıb.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, Orskdan olan 26 yaşlı rusiyalı Mixail Kulikov çağırış vərəqəsini aldıqdan 5 gün sonra Ukrayna cəbhəsinə yollanıb.
Onun sözlərinə görə, ancaq hələ Rusiyada olarkən “Yaşamaq istəyirəm” layihəsinin qaynar xəttinə zəng edib və ukraynalılara düzgün və təhlükəsiz təslim olmaq barədə göstərişlər alıb.