Tanınmış aparıcı Rövşanə Ağasəfqızı və Əməkdar artist Nigar Şabanova arasında efirdə mübahisə düşüb.
Lent.az xəbər verir ki, müğənni media nümayəndələrinin ünvanına tənqidi fikirlər səsləndirib.
Bir qədər mübahisədən sonra aparıcı Nigara Türkiyənin məşhur aktrisası Hülya Avşarı misal çəkməsi məsələni daha da qızışdırıb:
"Cəmiyyətin zövqünün korlanmasında mətbuat və televiziya günahkardır. Mən xanəndə olanda, muğamlar oxuyanda "Instagram"dakı səhifələr sənətimi dəyərləndirmirdilər. Azərbaycana muğam sahəsində birincilik gətirəndə heç bir sayt işıqlandırmırdı. Amma Nigar Şabanovanın ailəsi dağıldı, bu zaman jurnalistlərin ağzını bağlaya bilmirdim.
Hülya Avşar mənim üçün heç kimdir. Mənim sənətimin, səsimin yanında da heç kimdir. Nə böyük adamdır? Ermənipərəstdir də. Onun sənəti nədir ki? Məni Azərbaycanda olan müğənnilərlə, ulduzlarla, divalarla müqayisə edin, türklərlə yox”.
Daha ətraflı videoda: