Çerniqovda patrul əməkdaşı vağzalın ərazisində piroq yeyən şəxsdən maska taxmağı tələb edib.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, piroq yeyən şəxsə yaxınlaşan patrul əməkdaşı ictimai yerdə olduğu üçün ondan maska taxmasını tələb edib.
Həmin şəxs əvvəlcə polisdən özünü təqdim etməsini xahiş edib, sonra isə səlahiyyətli şəxs olmadığını qeyd edib.
Patrul əməkdaşı izah edib ki, kişi inzibati xəta törədir - fərdi qoruyucu vasitələrdən - maska və ya respiratordan istifadə etmədən ictimai yerdədir.
Kişi cavabında deyib ki, qanunvericilik aktlarının mətnləri ilə tanış olmadığından sənədlərini göstərməyəcək. Söhbət iştirakçısının sözlərinə görə, o, vəkil işləyir.
“Maska taxıb yemək yeyə bilmirəm. Hansı qanun bunu qadağan edir?”, - o, polis əməkdaşından soruşub.
Söhbət polisin xəbərdarlıqla kifayətlənərək getməsi ilə yekunlaşıb.