Pişik meymunu övladlığa GÖTÜRDÜ -  VİDEO
08 fevral 2023 19:46 (UTC +04:00)

Pişik meymunu övladlığa GÖTÜRDÜ - VİDEO

Meymunu övladlığa götürən pişik sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, meymunu övladlığa götürən pişik videoya düşüb və sosial şəbəkədə populyarlaşıb.

Kadrlarda övladlığa götürən ana pişiyin küçədə necə gəzdiyi və balasını aparması əks olunub.

Videoya iki milyondan çox baxış olub və yüzlərlə şərh yazılıb. Bəzi istifadəçilər heyvanların qeyri-adi dostluğuna təəccüblənib və pişiyin gərgin göründüyünü müşahidə ediblər. 

“Bu, gördüyüm ən çılğın şeydir. Pişik meymunu öz balası sanıb?", - şərhlərdən birində yazılıb. 

Başqa biri isə “Şadam ki, pişik onu qoruyur. Bu yazıq balanın əsl anasını itirməsi fikrini özündən çıxara bilmirəm”, - şərhini yazıb. 

# 2730
avatar

Fidan İlqar

Oxşar yazılar