Bakıda keçirilən genişmiqyaslı COP29 tədbiri maraqlı anlar, rəngli səhnələri ilə yaddaşlara köçür.
Lent.az xəbər verir ki, Perudan gəlmiş şaman qonaq ondan müsahibə alan APA TV-nin əməkdaşı Nurlanə Hacıyevaya mahnı oxuyub. Şaman mahnısında jurnalistin çox gözəl gözləri olduğunu söyləyib.
O, sonda jurnalisti qucaqlayıb və mahnısında ona xeyir-dua etdiyini bildirib.