Braziliyada Peleni son mənzilə yola salma mərasimi keçirilir.
Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəl xəbər verildiyi kimi, hər kəs əfsanəvi hücumçu ilə doğma klubu “Santos”un stadionunda vidalaşa biləcək.
Artıq “Futbol kralı”nın cənazəsi olan tabut arenaya gətirilib və həmin dəqiqə orada bir gün davam edəcək vida mərasimi başlayıb.
Keçmiş futbolçunun cənazəsi 24 saat “Vila Belmiro” arenasının mərkəzində olacaq, bundan sonra küçələrlə yerli qəbiristanlığa aparılacaq.
Pele uzun sürən xərçəng xəstəliyindən sonra dekabrın 29-da vəfat edib. Əfsanəvi futbolçunun 82 yaşı var idi.