Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransı zamanı cibinə qoyduğu bananı dörd ölkəyə apardıqdan sonra yeyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Paşinyan bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Baş nazir paylaşımında “Magellanın izi ilə getdik” ifadəsini işlədərək bananı gəzdirdiyi şəhərləri sadalayıb. O, Antalyadan sonra İrlandiyanın Dublin, Ermənistanın İrəvan, Hindistanın Yeni Dehli və Kambocanın Pnompen şəhərlərində olub, daha sonra yenidən İrəvana qayıdıb.
Paşinyan videonun sonunda Antalyada qaldığı oteldə ona təqdim edilən yerli Anamur bananını soyaraq yeyib.
Xatırladaq ki, Ermənistanın baş naziri əvvəlki paylaşımlarında da cibindən həmin bananı çıxararaq göstərmiş və sosial şəbəkələrdə marağa səbəb olmuşdu.