Fransanın paytaxtı Parisdə bıçaqla silahlanmış şəxs məktəbə hücum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hücum edən şəxs müəllimi öldürüb, bir neçə nəfəri yaralayıb. Fransanın daxili işlər naziri Gerald Darmanin X sosial şəbəkəsində hücumun qurbanları haqqında təfərrüatları açıqlamadan bildirib ki, həmin şəxs polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, şübhəli şəxs hücum zamanı “Allahu Əkbər” qışqırıb. Şübhəlinin təxminən 20 yaşında olduğu və ehtimal ki, bu liseyin keçmiş şagirdi olduğu bildirilir.
"Baza" teleqram kanalının məlumatına görə, məktəbə hücum edən gənc çeçen əsilli olub. Hadisəyə görə onun qardaşı da saxlanılıb.