ABŞ-ın Texas ştatının “Brewster” dairəsindəki məhkəmədə “Zoom” tətbiqi vasitəsi ilə keçirilən onlayn iclasda iştirak edən hakim Roy Ferguson qarşısında iki vəkil və “pişik” görüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquqşünaslardan biri - Rod Ponton, səhvən filtrlərdən istifadə etdiyi üçün iclasda mavi gözlü pişik kimi görünüb.
Bu maraqlı görüntüdən sonra hakim vəkilə "Cənab Ponton, düşünürəm ki, video parametrlərindəki filtrləri açmısınız", deyə xəbərdarlıq edib.
Köməkçisinin şəkli düzəltməyə çalışdığını söyləyən vəkil "Mən burdayam, pişik deyiləm", deyib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq gündəm olub. İzləyən hər kəsin gülüşünə səbəb olan həmin videonu təqdim edirik: