Türkiyədə motosiklet sürücüsü görülməmiş dələduzluğa imza atıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Kadıköy adlanan ərazidə baş verib. Sürücü yolun ortasında motosikletin bir hissəsini çıxarıb və nəqliyyat vasitəsinin xarab olduğunu deyib. Bu üsulla o, yoldan keçən motosikletçiləri saxlayıb.
Saxladığı sürücülərə isə benzinin bitdiyini deyib və hərəsindən 1 litr yanacaq alıb. Aldadıldığını görən motosikletçilərdən biri dələduzu videoya çəkərək ifşa edib və ondan şikayətçi olub.