Metro stansiyalarında maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlərlə profilaktiki söhbətlər aparıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsində inzibati cəza protokolu tərtib olunmayıb.
Metropolitenində Polis Şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.
Profilaktiki tədbirlər davam etdirilir.