Lahıcda qarda qalan "Jeep" belə xilas olundu - VİDEO
15 fevral 2023 10:31 (UTC +04:00)

Lahıcda qarda qalan "Jeep" belə xilas olundu - VİDEO

İsmayıllıda avtomobil buzlu yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Lahıc qəsəbəsində içərisində 2 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə  "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Görülən tədbirlər nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb və hərəkəti təmin edilib.

# 2613
avatar

Oxşar yazılar