Laçın yolunda FLƏŞMOB   keçirildi - VİDEO
17 dekabr 2022 09:58 (UTC +04:00)

Laçın yolunda FLƏŞMOB keçirildi - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi-Laçın yolunda aksiyanı davam etdirir.

Lent.az xəbər verir ki, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, gecə boyu ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirilib.

Bundan başqa, aksiya iştirakçıları fləşmob təşkil edərək, yanan şamlarla “Stop eko terror” şüarı yazıblar.

Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də irəli sürülüb.

Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyaya ictimai dəstək getdikcə artır.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Oxşar yazılar