Türkiyədə yaşlı kişi gənc qıza təcavüz edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Serik qəsəbəsində baş verib. Məlumata görə, 55 yaşlı Ş.Ö adlı şəxs səkidə gənc qıza təcavüz edib.
Qızın səsini eşidən vətəndaşlar kişini tutaraq ofislərdən birinin qarşısında otuzdurub və polisin gəlməsini gözləyiblər. Vətəndaşlar təcavüzdə şübhəli bilinən şəxsi mühasirəyə alaraq onun görüntüsünü mobil telefonları ilə lentə alıblar.
Adı məlum olmayan və hadisədən sonra təcavüzə məruz qaldığını iddia edən gənc qızın xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları, ifadəsini almaq üçün Ş.Ö.-nü polis bölməsinə aparıblar. Zərərçəkmişin şikayətindən sonra rayon polis idarəsində Ş.Ö.-nin ifadəsi alınıb və o, həbs olunub.