Krımda Rusiyanın iki An-26 sərnişin təyyarəsi  yandırıldı -  VİDEO
25 sentyabr 2025 14:41 (UTC +04:00)

Krımda Rusiyanın iki An-26 sərnişin təyyarəsi yandırıldı - VİDEO

0

Xüsusi təyinatlılar həmçinin yerüstü radar stansiyasını və “Mıs M1” radarını məhv ediblər.

Müvəqqəti olaraq işğal olunmuş Krım yarımadasında Ukrayna müdafiə qüvvələri Rusiyanın iki An-26 nəqliyyat təyyarəsini məhv edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

İdarədə qeyd edib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ələ keçirilən ərazidə Rusiyanın qiymətli hərbi sərvətlərini sıradan çıxarmaqda davam edir. Əməliyyat zamanı iki An-26 təyyarəsi yandırılıb, yerüstü radar stansiyası və MR-10M1 “Mıs M1” sahil müdafiə sistemi məhv edilib.

Baş Kəşfiyyat İdarəsi aydınlaşdırıb ki, bu işğal qüvvələri itkiləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sentyabrın 24-nə olan rəsmi hesabatında öz əksini tapıb. Bundan başqa, kəşfiyyat zədələnmiş təyyarənin yandığını göstərən video yayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar