Kamçatkada keçmiş deputat və milyarder İqor Redkin çayı keçərkən ölümlə üzləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, aralarında Redkinin də olduğu yeddi nəfərdən ibarət “Ural” markalı yük maşını və “Land Cruiser”lə Pauzetka çayını keçmək istəyib. Lakin çayda axın sürətli olduğu üçün maşınlar cərəyanla çevrilib, insanlar çaya düşüblər.
Bu zaman Redkin suya düşməmək üçün cipin damına çıxıb. Tezliklə xilasedicilər tərəfindən Redkin də daxil olmaqla cəmi beş nəfər sahilə çıxarılıb. İki nəfər itkin düşənlər siyahısındadır.