Kartofun içinə gül sapı qoydu, gözlərinə inanmadı-  MÖHTƏŞƏM NƏTİCƏ  -VİDEO
15 fevral 2021 14:18 (UTC +04:00)

Kartofun içinə gül sapı qoydu, gözlərinə inanmadı- MÖHTƏŞƏM NƏTİCƏ -VİDEO

Təəssüf ki, öz çiçək bağçasını yaratmaq üçün hər kəsin kifayət qədər yaşıllıq sahəsi yoxdur. Xoşbəxtlikdən, güllərinizi yetişdirməyə imkan verəcək inanılmaz bir ipucu var!

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu ipucunu biləndən sonra yaşıl sahəyə ehtiyac duymadan çiçəklər yetişdirəcəksiniz. Mükəmməl səslənir, düzdür?

Ehtiyacınız olan şeylər bir gül, kartof, plastik şüşə, bir az torpaq və saxsı qabdır.

Gül və kartof? Bəli, doğru eşitmisiniz! Bu ipucu çox qəribə səslənə bilər, amma mütləq işlə yarayacaq.

Bəs bunu necə etmək lazımdır?

Sevdiyiniz bir gül seçin, bütün yarpaqlarını qoparın və gülün başını çapraz olaraq kəsin (çiçəkdən təxminən 3 santimetr). Kəsdiyiniz çiçəyi atmayıb kiçik bir vaza qoya bilərsiniz, həqiqətən şirin görünəcək!

Kartofu götürün və gül gövdəsi enində bir dəlik açın. Gövdənin kartofun içərisində hərəkət etmədiyinə əmin olun. Saxsı qabın dibinə 5 santimetr torpaq tökün və həmin kartof ora yerləşdirin. Üstünə qalan torpağı da əlavə edin. Plastik butulkanızın altını kəsin və torpaqdan çıxan sapın üstünə diqqətlə keçirin. Vaxtaşırı gülü (şüşə ətrafı ilə) sulayın. Çiçəyiniz gözləriniz önündə böyüyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139038
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar