Baş nazir Nikol Paşinyanın tərəfdarları və müxaliflərin mitinqlərinin keçirildiyi Yerevanda siyasi rəqiblər arasında kütləvi toqquşmalar başlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yumruq və təhqiredici ifadələrdən istifadə edilib və yerli polis münaqişəyə müdaxilə etməməyi üstün tutur.
Milli Təhlükəsizlik Xidməti etirazçılardan milli təhlükəsizliyi təhdid edən hərəkətlərdən çəkinmələrini xahiş edir və bu kimi addımlara cavab veriləcəyini istisna etmir.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı hərbçiləri çevrilişə cəhddə günahlandıraraq Baş Qərargah rəisini işdən azad edib. Bundan sonra tərəfdarları ilə İrəvanın mərkəzində yürüş təşkil edib.