İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, insanlar uzun müddətdir küçələrdə, yollarda gördükləri mollaların əmmaməsini çıxarıb atır.
Ölkədə dinə və din adamlarına nifrət o həddə çatıb ki, etirazçılar küçədə molla görən kimi nifrətini nümayiş etdirirlər.
Yayılan görüntülərin birində isə avtomobilində əyləşən mollanın əmmaməsi əlində alınır.
Sözügedən görüntüləri təqdim edirik: