İranda quldurlar gündüz vaxtı küçədə vətəndaşa bıçaqla basqın edib.
Lent.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, hərəkətdə olan motosiklet sürücüsünə 5 nəfər qəfildən hücum edib, bıçaqla təhdid edərək üzərindəkiləri oğurlayıb.
Sosial şəbəkələrdə yayılan video görüntülərdə İranda 5 nəfərin bir motosikletçiyə hücum etdiyi, bıçaqla zərbələr endirdiyi və onun çantasını əlindən alaraq qaçdıqları görünür. Hadisənin dəqiq yeri və vaxtı haqqında məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik: