Türkiyədə ilanın qurbağanı ovladığı anlar kameralara əks olunub.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Düzcə vilayətində qeydə alınıb.
Bağında vaxt keçirən kənd sakini ilanın qurbağanı sürətlə təqib etdiyini görərək mobil telefonunun kamerasını işə salaraq görüntüləri lentə alıb.
Kadrlarda ilanın qurbağanı ayağından tutaraq özünə tərəf sürətlə çəkdiyi görünür. Maraqlı anların əks olunduğu görüntülər qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Lakin videonun sonunda qurbağanın taleyinin necə olduğu kadrlarda əksini tapmayıb.