Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində içərisində təxminən 20 nəfərin olduğu sərnişin avtobusu körpüdən Moika çayına düşüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə gecə saat 1 radələrində Bolşaya Morskaya küçəsində baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.
“İlkin məlumatlara görə, fövqəladə hadisə zamanı avtomobildə 20-yə yaxın insan olub”, - Daxili İşlər Nazirliyindən bildirilib.
Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.