İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu aylar ərzində çoxlu sayda etirazçılar həbs edilib, edam olunub və zorakılığa məruz qalıb. Amma buna baxmayaraq rejim xalqın iradəsini qıra bilmir. Onlar yenə hökumətə qarşı etirazlarını davam etdirir.
Bu dəfə isə bir qadın baş örtüyünü çıxararaq Qasim Süleymaninin portretinə od vurub.
Sözügedən görüntüləri təqdim edirik: