"Gərək hər şey televiziyaya çıxa? Kimi dartıb bura gətirirəm? Bu adamlar ağlı başında, huşu yerində olanlardır. Kim adamı məcbur edir? İctimai qınaqdan qorxursunuzsa, vaxtında niyə sahib çıxmırsınız? Sonra deyirlər bu proqramlar nəyə lazımdır?".
Lent.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. Aparıcı sosial verilişləri tənqid edən həmkarlarına səslənib:
"Lazımdır, bunlar olmasa, ictimailəşməsə, problemə yaxın durmursunuz. Sonra ağzıgöyçək aparıcılar akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcıdırlar, belə verilişlərə yaxşı baxmırlar. Sizin apardıcığınız verilişləri cibimə qatlayıb qoyaram. Elə veriliş aparmağa nə var? İnternetdən çıxanı qoy qabağına, səhərdən axşama kimi oxu. Ağıllı danışmağa nə var? Gücün çatır gəl belə məsələdə savadını, biliyini ortaya qoy. Çıxış yolu axtar. Düşünün ki, belə proqramlar yoxdur. Adam hara çıxsın? Çıxır, ağzının üstündən vurublar ki, ailə məişət problemidir, özün həll et. Buna görə də ictimai qınaq lazımdır".

"Gərək hər şey televiziyaya çıxa?" - Zaur Baxşəliyev - VİDEO
Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46