Moskvada gənc oğlan atışma poliqonunda özünü güllələyib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 23 yaşlı Mark Binkelis hədəflərə atəş açmaq üçün poliqona gəlib.
Əslində isə onun tamam başqa məqsədləri olub. Məlumata görə, gəncin dostları zəng edib onun planları barədə xəbərdarlıq etsələr də, onların sözləri ciddi qəbul edilməyib. Nəticədə Mark poliqonda tapançanı başına tutaraq özünə açıb.
Hadisə anının görüntülərini təqdim edirik: