Tanınmış rəqqasə, xınayaxdı məclislərinin aparıcısı Fatimə Fətəliyeva paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında məclislərin birində rəqs edən qızların başlarına pul səpdiyi görüntüləri paylaşıb.
Rəqqasə paylaşıma "Allah məni kiməsə möhtac etməsin. Tək Allahıma möhtac olum" - sözlərini yazıb.
İzləyicilər paylaşıma tənqidi şərhlər yazaraq Fatimənin hərəkətlərini qınayıblar.
Görüntüləri təqdim edirik: