Parapsixoloq, ekstrasens Həsən Həsrətli Lent.az-ın canlı efirində astroloq Firudin Qurbansoy haqqında qalmaqallı açıqlamalar verib.
Lent.az xəbər verir ki, o, “astrologiyanın falçılıq, ekstrasensliklə əlaqəsi yoxdur. Ekstrasenslər şeytanın qulluqçularıdır”, - deyən astroloqun fikirlərini savadsız adlandırıb.
Belə ki, ekstrasens bu fikirlərə əlavə edib:
“Bu, absurd fikirdir. Ekstrasenslik parapsixologiyanın bir qoludur. O, kimi nəzərdə tutur? Ekstrasenslərin içində yaxşısı da var, pisi də var. Ümumi şəkildə deməyi məntiqsizdir. Bunu savadsız birinin savadsız fikri kimi adlandırmaq olar”.